SİZƏ МАХ MMC-dən ÇAPIN AUTSORSİNQİ NİYƏ LAZIMDIR?

Ofis çap işlərinin autsorsinqi - aktiv idarə etməni, çap texnikasının optimallaşdırmasını və müşayiət edən biznes-proseslərinin funksiyalarını bu sahədə ixtisaslaşdırılmış profil şirkətinə ötürülməsi deməkdir. MAX MMC şirkəti orta və böyük təşkilatlar üçün ofis çapının autsorsinqi sahəsində liderdir və Azərbaycanda bu sahə üzrə eksklüziv həlli yolları təklif edir. "MAX MMC-dən çap autsorsinq" xidmətinin tətbiqi 4 mərhələdə həyata keçirilir:

1

Audit

2

Planlaşdırma

3

Yerləşdirilmə

4

İstismar

MAX MMC-nin mütəxəssisləri xarici ölkələrin ofis çapının autsorsinq sahəsində yüksək təcrübəni öyrənib Azərbaycanda autsorsinq çapinının xidmətinin göstərilməsi standartlarını hazırlayıb və həyata keçirilmişdir

MAX MMC-nin çap avadanlığın xidmət sahəsində, işçilərin təcrübəsi yüksək səviyyədə olması, çap avadanlığı istehsalçıları tərəfindən avtorizasiya olunmuş və müştərilərə yönəldilmiş yanaşma ilə uzun illər uğurlu təcrübəsi sizin şirkətinizdə ofis çapı ilə bağlı biznes prosesini yeni keyfiyyətli səviyyəyə gətirməyə imkan verir. Şirkət mütəmadi olaraq inkişaf edir və müştərilərin zamana uyğun dəyişən ehtiyaclarını ödəmək üçün çalışır.

Bizim mütəxəssislər, təşkilatınızın çap və surətçıxarma avadanlığının fasiləsiz və yüksək keyfiyyətli işini təmin etmək üçün bütün prosesləri nəzarət altında saxlayacaq, həmçinin çap proseslərinin və əlaqədar xərclərin daha da optimallaşdırılması üçün bütün çap infrastrukturunun auditini aparacaqlar.

Biz həmçinin, həm real vaxt rejimində, həm də aylıq hesabatlar şəklində çap edilmiş səhifələrin sayını və məsrəf materiallarının vəziyyətini izləmək üçün Printwatch brendi altında xüsusi proqram təminatı hazırlayırıq və tətbiq edirik.

Proqram təminatı müştəri tərəfində yerləşdirilir və SNMP protokolundan istifadə edərək şəbəkə printerlərindən məlumat toplayır.

Toplanmış məlumatlar verilənlər bazasında saxlanılır və burada təhlil oluna bilər və printerə texniki xidmətin planlaşdırılması və ya istehlak materiallarının dəyişdirilməsi kimi idarəetmə qərarlarının qəbul edilməsi üçün istifadə oluna bilər.

İstifadəçilər toplanmış məlumatlara veb interfeys vasitəsilə daxil ola bilərlər. O, ayrı-ayrı printerlər və ya printerlər qrupları üçün statistikaya baxmağa və bu məlumatlar əsasında hesabatlar yaratmağa imkan verir.

Main Page

Counts

XİDMƏTLƏRİMİZƏ NƏ DAXİLDİR

Məlumatların toplanması və təhlili

Şirkətinizin çap qurğular barədə məlumatın toplanması və təhlili

Təhlil və qiymətləndirmə

Çap qurğularının istismarı üçün maliyyə xərclərinin təhlili və qiymətləndirilməsi.

Aylıq və rüblük hesabatlar

Çap barədə aylıq və rüblük hesabatlar.

HelpDesk

HelpDesk, uzaqdan istifadəçi məsləhətləşmələri, mütəxəssisin müştərinin ərazisində tətbiqi və s. daxil olmaqla hərtərəfli istifadəçi dəstəyi.

Təkliflərin hazırlanması

Çap proseslərinin optimallaşdırılması üçün təkliflərin hazırlanması.

Çatdırılma və quraşdırma

Çap avadanlıqlarının çatdırılması, quraşdırılması və mövcud İT infrastrukturuna tam inteqrasiyası.

Tək hesab

Faktiki çap edilən səhifələrə görə aylıq tək hesab

Texniki xidmət

Aylıq diaqnostika,profilaktika,vaxtında təmir,məsrəf materialların və ehtiyyat hissələrin əvəzləşdirilməsi daxil olmaqla tam mərhələli xidmət

SİZƏ МАХ MMC-dən ÇAPIN AUTSORSİNQİ LAZIMDIR?

ÇAP AUTSORSİNQA KEÇMƏK ÜÇÜN10 SƏBƏBİ

- Biz xərcləri optimallaşdırmaq istəyirik
- Biz bir səhifənin çap dəyərini bilmək istəyirik
- Biz çap proseslərini sadələşdirmək istəyirik
- Bizim üçün xərcləri idarə etmək əhəmiyyətlidir

- Bizim üçün fasiləsiz çap əhəmiyyətlidir
- Biz çap xidmətlərini göstərən bir təchizatçısı ilə işləmək istəyirik
- Bizim üçün İT-bölməsinin əməkdaşlarını qeyri-profil "çap" məsələlərindən azad etmək əhəmiyyətlidir

- Azaldılmış xərclər və artan rentabellik
- Çap işinin prosesinə nəzarət
- Məxaric materialları ilə təmin edilməsi
- Büdcə şəffaflığı
- Edilmiş çap sayları haqqında aylıq detallaşdırılmış hesabatlar

- Sənədlərin çap xərclərinin ixtisarı
- Çap avadanlığının aylıq profilaktika və diaqnostikası
- Əsaslı xərclərin olmaması
- Avadanlığın təmiri və operativ dəyişdirilməsi
- İstifadəçilərə avadanlığın istifadə qaydaların öyrədilməsi

MAX MMC ilə MÜQAVİLƏ İMZALAMAQLA SİZ BUNLARI ƏLDƏ EDİRSİZ

Yeni müasir avadanlıq

Məxaric materiallar

Şəxsi menecer